Strateji baxışımız

ENERGO MMC-ni bütün regional mərkəzlərdə xidmət şəbəkəsi ilə bütün ölkə üzrə əhali və sahibkarlıq subyektlərinə xidmət göstərən şirkət etməkdir.

Missiyamız

ENERGO MMC inkişaf edən peşəkar komandası ilə müştərilərinə yüksək keyfiyyətli xidmət göstərən, investorların investisiyalarının dəyərinin artımını təmin edən etibarlı və şəffaf şirkətdir.

Ön söz



“ENERGO” MMC-nin əsas missiyası öz müştərilərinə keyifiyyətli xidmət göstərməkdir. Bu prinsipləri əldə rəhbər tutaraq, “ENERGO” MMC həyata keçirdiyi bütün layihələrin nəzərdə tutulmuş zaman çərçivəsində maksimum keyfiyyətlə icrasına çalışır. Layihələrin icrası zamanı beynəlxalq standartlarda nəzərdə tutulmuş normalara və tələblərə riayət edilir, beləki, müasir tələblərə cavab verən texnikalardan, avadanlıqlardan istifadə edilir, peşəkar işçilər cəlb edilir. İşçi komandasının bilik və bacarıqlarının artırılması təşkilat qarşısında duran ən əsas məsələlərdən biridir ki, bu istiqamətdə mütəmadi olaraq təlimlər həyata keçirilir. Məqsədimiz hər zaman yüksək tələblərə cavab verən iş və xidmət göstərməklə daim müştərilərin sevgisini və etimadını qazanmaqdır ...

Sizin məmnunluğunuz – Bizim hədəfimizidir!