Şirkətin adı: ENERGO MMC
Yaranma tarixi: 07 iyul 2020-ci il
Hüquqi ünvan: Bakı şəh., Yasamal r-nu, Mirəli Seyidov küç. 3142
Faktiki ünvan: Bakı şəh., Binəqədi r-nu, Binəqədi şossesi
ENERGO MMC 07 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət
Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydiyyata
alınmışdır.
ENERGO MMC fəaliyyətə başladığı tarixdən müştəri məmnuniyyətini hər zaman yüksəkdə tutmuşdur ki,
işlərin keyfiyyətli və məsuliyyətli icra edilməsini həyata keçirə biləcək yüksək mühəndislik biliklərinə sahib komanda formalaşdırmışdır.
Qeyd etmək istərdik ki, texniki heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində mütəmadi
təlimlərin həyata keçirilməsi şirkətin prioritet sahəsidir ki, görülən işlərin keyfiyyəti və müştərilərimizin məmnuniyyəti buna əyani misaldır.
ENERGO MMC əsasən Sənayə, Tikinti və İaşə obyektlərində daxili və xarici elektrik sisteminin quraşdırılması,
6kV, 10kV, 35kV və 0.4 kV-luq elektrik şitlərinin yığılması, 6kV, 10kV, 35kV və 0.4 kV-luq (hər gücdə) transformatorların quraşdırılması, transformator məntəqələrinin layihə əsasında tikintisi, 6kV, 10kV, 35kV və 0.4 kVluq hava xəttlərinin montajı kimi işlərin həyata keçirilməsi istiqamətində ixtisaslaşmışdır və bu sahədə geniş
təcrübəyə malikdir.
Beləki, bu dövr ərzində bir sıra layihələrə imza atılmışdır ki, bunlardan iri layihələrimiz kimi Goranboy və Yevlax
şəhərlərində 3120 ha torpaqların suvarma sistemlərinin elektrik təchizatının təşkili üçün 35/6 kV-luq yarımstansiyada 35kV və 6 kV paylayıcı yuvaların istehsalı və quraşdırılmasını, SOCAR-ın sifarişi əsasında paylayıcı
panellərin istehsal edilməsi və quraşdırılmasını, Binəqədi Oil Company sifarişi əsasında neft quyularının 0.4
kV şəbəkəsinin əsaslı təmiri və yenidən qurulmasını, Azərİşıq ASC-nin sifarişi əsasında Qaradağ rayonu ərazisində yerləşən 35/6 kV-luq yarımstansiyaların əsaslı təmiri və 35/6 kV-luq şəbəkənin qapalı paylayıcı quruluşunun yenidən qurulmasını, Azərİşıq ASC-nin sifarişi əsasında Xaçmaz şəhəri, Muxtadır qəsəbəsində 0.4
kV şəbəkənin yenidən qurulması, SİP dayaqların quraşdırılması və elekrtik naqillərinin çəkilişini qeyd etmək
istərdik.
ENERGO MMC olaraq məqsədimiz Strateji baxışımız və Missiyamıza sadiq qalmaq və Azərbaycan iqtisadiyyatına xidmət etməkdir.